U-17 “Neftçi”yə uduzub
Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da Azərbaycan yığması (U-17) növbəti yoxlama oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, millimizin rəqibi “Neftçi”nin əvəzedici komandası olub. Qarşılaşma 3:2 hesabı ilə “ağ-qaralar”ın xeyrinə başa çatıb. Yığmamızın qollarını Mənsur Nahavəndi və Aslanbəy Zaseyev vurublar.

Xəbər 1312 dəfə oxundu.