Polşa voleybol yığmasının kapitanı: Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir
Mən səkkizinci dəfədir Bakıya gəlirəm və burada olmağı çox sevirəm. Şəhəri yaxşı tanıyıram. Avropa çempionatı yüksək səviyyədə təşkil olunub. “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq yarışları ən yüksək səviyyədə təşkil edir.

Bu fikirləri Polşanın voleybol yığmasının kapitanı İoanna Voloş müsahibəsində söyləyib.

Türkiyə ilə matç barədə təəssüratını bölüşən İ.Voloş qeyd edib ki, bu oyunu udmaq üçün komandasının böyük şansı olub. “Hər setdə bizim kobud səhvlərimiz oldu. Buna yol verməməliydik. Bu, çox çətin oyun oldu”, - deyə İ.Voloş bildirib.

AZƏRTAC

Xəbər 580 dəfə oxundu.