Topaz Premyer Liqasının VII turunun oyun cədvəli müəyyənləşib
Topaz Premyer Liqasının VII turunun oyun cədvəli müəyyənləşib.

Turun görüşləri üç gün ərzində oynanılacaq. Sentyabrın 29-da keçiriləcək ilk oyunda “İnter” klubu doğma meydanda “Neftçi”ni qəbul edəcək. Günün digər qarşılaşmasında isə “Kəpəz” klubu səfərdə “Qəbələ”nin qonağı olacaq.

Sentyabrın 30-da “Dalğa Arena”da “Səbail” klubu “Sumqayıt” ilə üz-üzə gələcək.

Tura oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək “Qarabağ”-“Zirə” oyunu ilə yekun vurulacaq.

Xəbər 632 dəfə oxundu.