Ceymi Morrison: Əsas məqsədimiz Bakıda keçirilən çempionatda birinci olmaqdır
Bakı haqqında çox gözəl təəssüratım var. Yarışların təşkilatçıları idmançılar və məşqçilər üçün bütün mümkün şəraiti yaradıblar. Bu il ikinci dəfədir Bakıya məmnuniyyətlə gəlirəm. Biz Xorvatiya yığmasına 3:0 hesabı ilə qalib gəldik. Qarşıda bizi çətin oyunlar gözləyir. Hollandiya yığması Avropa çempionatında birinci olmağı qarşısına məqsəd qoyub.

Bu fikirləri Niderland voleybol yığmasının baş məşqçisi Ceymi Morrison Avropa çempionatının qrup mərhələsinin üçüncü turunda Xorvatiya komandasına qalib gəldikdən sonra müsahibəsində söyləyib. Niderland yığması dörddəbir finala çıxıb.

C.Morrison yarış barədə təəssüratını bölüşərək deyib: “Avropa çempionatında zəif komanda olmur. Xorvatiya yığması ilə oyundan əvvəl biz bir neçə gərgin görüş keçirdik. Elə bu oyun da çətin idi. Əvvəldə bir neçə səhvimiz oldu. Lakin komandamız özünü tez topladı və oyunu xeyrimizə başa vurduq. Habelə ikinci set çox maraqlı oldu. Uğurlarımız bizi sevindirir”.

AZƏRTAC

Xəbər 805 dəfə oxundu.