Qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinalçıları müəyyənləşəcək | |
Sentyabrın 28-də qadın voleybolçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin oyunlarına start veriləcək. Bakıda, Milli Gimnastika Arenasında günün ilk görüşündə saat 18:00-da İtaliya və Niderland voleybolçuları üz-üzə gələcəklər. Saat 20:30-da isə Serbiya və Belarus komandaları yarımfinala vəsiqə uğrunda yarışacaqlar. Sentyabrın 29-da dörddəbir final mərhələsinin sonuncu iki oyunu keçiriləcək. Azərbaycan millisi ikinci dəfə Almaniya kollektivini sınağa çəkəcək. Görüş saat 18:00-da start götürəcək. Sonuncu yarımfinalçı isə saat 20:30-da Rusiya-Türkiyə duelindən sonra məlum olacaq. Xatırladaq ki, yarımfinal oyunları sentyabrın 30-da, medallar uğrunda mübarizə isə oktyabrın 1-də keçiriləcək. |
|
Xəbər 577 dəfə oxundu. |
|
|