“Qarabağ”–“Roma” matçını izləyəcək tamaşaçıların avtobuslarla Bakı Olimpiya Stadionuna daşınmasına başlanılıb
Bu gün saat 20:00-da UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”–“Roma” görüşünü izləyəcək biletli tamaşaçıların xüsusi ekspress xətt avtobusları vasitəsilə Bakı Olimpiya Stadionuna daşınmasına başlanılıb.

Qeyd edək ki, saat 16:30-dan etibarən biletli tamaşaçıların metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti və metronun “Gənclik” stansiyasının qarşısından X2 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınması həyata keçirilir. Oyun bitdikdən sonra tamaşaçılar ekspress xətt avtobuslarla “Qara Qarayev” və “Gənclik” metro stansiyalarına geri daşınacaq.

Xəbər 595 dəfə oxundu.