UEFA Gənclər Liqasında “Qarabağ”ın və “Roma”nın 19 yaşadək futbolçuları qarşılaşırlar
UEFA Gənclər Liqasının ikinci turunda Ağdamın “Qarabağ” və İtaliyanın “Roma” klublarının 19 yaşadək futbolçuları arasında qarşılaşma başlayıb.

“Azərsun Arena”da keçirilən oyunu rumıniyalı baş hakim Horatiu Fesniç idarə edir. Ona həmyerliləri Aleksandru Çerey və Mihay Marika kömək edirlər.

“Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadıqovdur.

Xəbər 1442 dəfə oxundu.