Şəmkirli idmançı Nalçik şəhərindən qələbə ilə qayıdıb
Rusiya Federasiyasının Nalçik şəhərində gənclər arasında boks üzrə beynəlxalq turnir keçirilib.

Sentyabrın 18-dən 23-dək keçirilən turnirdə Şəmkir Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər və İdman Məktəbinin yetirməsi Orxan Həsənov 56 kiloqram çəki dərəcəsində bütün görüşlərdə uğurlu nəticə göstərərək turnirin qalibi olub.

Qeyd edək ki, Avropa və dünya turnirlərinin mükafatçısı Orxan Həsənovun məşqçisi Ramiz Yusibovdur.

Xəbər 567 dəfə oxundu.