İcazə verildi
Milliləşdirilmiş ağırlıqqaldıranlarımız - Valentin Xristov və Boyanka Kostovanın Olimpiya Oyunlarında iştirakına rəsmi icazə verilib. İdman.com.az saytının məlumatına görə, Parisdəki dünya çempionatı öncəsi Azərbaycana 400 min avroya transfer olunan bolqarıstanlı legionerlər iyulun 27-də Londonda start götürəcək olimpiadada milli komandamızın şərəfini qoruya biləcək.

Çünki Beynəlxalq Olimpiya Komitəsi Xristovla Kostovanın Azərbaycan adından yarışması barədə rəsmi qərar çıxarıb.
Qeyd edək ki, Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti Nedelço Kolev bu idmançıların Avropa və dünya çempionatlarında Azərbaycanın şərəfini qoruyacağını bildirirdi. Lakin sonradan beynəlxalq qurumlarla aparılan danışıqlar ağır atletlərin bütün hüquqlarının ölkəmizə verilməsi ilə nəticələnib.

Xəbər 1085 dəfə oxundu.