Rəşad Abdullayev: Əvəzlənmişəmsə, deməli, buna ehtiyac olub
"Neftçi"nin futbolçusu Rəşad Abdullayev "Xəzər Lənkəran"la oyun haqqında klubun rəsmi saytına danışıb. İdman.com.az-ın məlumatına görə, həmkarımızla söhbətdə, təcrübəli yarımmüdafiəçi əvəzlənməsinə də münasibət bildirib. Sitat: ""Xəzər Lənkəran"la oyunda 70 dəqiqə meydanda oldum. Çıxışıma məşqçilər qiymət verir. Əgər əvəzlənmişəmsə, deməli, buna ehtiyac olub.

Sadəcə, hamı kimi mən də belə vacib oyunda 90 dəqiqə meydanda olub komandamıza kömək etmək istəyirdim. Baş məşqçimiz Böyükağa Hacıyevin qərarlarına həmişə hörmətlə yanaşıram. O, güclü mütəxəssis olmaqla yanaşı həm də yaxşı psixoloqdu. Bir sözlə, əla kollektivə malikik. Inanıram ki, mövsümün sonunda çempionluğu biz bayram edəcəyik".

Qeyd edək ki, Unibank Premyer Liqasının XXV turunda sözü gedən klublar arasında Bakıda keçirilmiş matç heç-heçə bitib (1:1).

Xəbər 972 dəfə oxundu.