Yeganə vəsiqəyə 4 iddiaçı
Bu ilin payızında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Okeaniya zonası üzrə seçmə mərhələsinin iştirakçılarının sayı dəqiqləşib. İdman.com.az saytının məlumatına görə, mundiala yeganə vəsiqə uğrunda 4 milli komanda mübarizə aparacaq. Bunlar Yeni Zelandiya, Yeni Kaledoniya, Papua-Yeni Qvineya və Kuk adaları yığmalarıdır. Bu kollektivlər aprelin 9-14-də Yeni Zelandiyada keçiriləcək turnirdə iştirak edəcəklər.

Xəbər 910 dəfə oxundu.