Feliks Kozlovski: Qadın voleybolçular arasında Avropa çempionatı gərgin idman mübarizəsi şəraitində keçəcək
Qadın voleybolçular arasında Avropa çempionatında bizi gərgin idman mübarizəsi gözləyir. Güclü komandaların yer aldığı qrupda mübarizə aparacağıq. Çalışacağıq ki, hər üç oyunda qalib gəlib dörddəbir final mərhələsinə yüksələk.

Bu sözləri qadınlar arasında voleybol üzrə Almaniya yığma komandasının baş məşqçisi Feliks Kozlovski sentyabrın 21-də müsahibəsində deyib.
Almaniya millisinin hazırlıq səviyyəsini yüksək qiymətləndirən mütəxəssis bildirib: “Komandamızın heyətinə gənc voleybolçular cəlb edilsələr də, təcrübəli idmançılarımız var. Güclü komandalarla - Azərbaycan, Macarıstan və Polşa milliləri ilə bir qrupda yer almışıq. Lakin buna baxmayaraq, inamla çıxış edib qrupdan çıxmağa çalışacağıq.

AZƏRTAC

Xəbər 549 dəfə oxundu.