Bu gün Azərbaycanın iki güləşçisi hərbçilərin dünya çempionatında mübarizəyə qoşulur
Sentyabrın 21-də Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının ikinci gününə start verilib.

Yarışın ikinci günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulur. Sərbəst güləşçilərimizdən Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, dünya çempionatının birinci günündə yığmamızın üzvləri bir qızıl, bir gümüş, üç bürünc medal qazanıblar.

Xəbər 584 dəfə oxundu.