Bakı klublarına kuboku kim təqdim edəcək?
Çellenc kubokunda Azərbaycan klubları “Bakı” və ya “Lokomotiv”ə baş mükafatı kimin təqdim edəcəyi müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, bu Avropa Voleybol Konfederasiyasının (CEV) vitse-prezidenti Banu Can olacaq. CEV rəsmisi Bakıya final mərhələsinin ikinci “Lokomotiv” – “Bakı” oyunundan əvvəl təşrif buyuracaq. O, ötən il olduğu kimi yenə Çellenc kubokunu paytaxtımıza gətirəcək. Qalib isə aprelin 1-də müəyyənləşəcək.
Qeyd edək ki, Can 2010/2011 mövsümündə də “Azərreyl”ə kuboku təqdim etmişdi.

Xəbər 1192 dəfə oxundu.