İdman jurnalistlərinə Türkmənistan Dövlət Sirkində xüsusi proqram təqdim olunub
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarını işıqlandıran beynəlxalq KİV nümayəndələri Türkmənistan Dövlət Sirkində olublar.

Azərbaycanlı jurnalistlərin yer aldığı heyətə xüsusi proqram təqdim edilib.

Əvvəlcə gimnastlar, “Asiyanın sədası” IX beynəlxalq festivalın mükafatçıları Selbi Şıxıyeva və Parahat Orazlıyev maraqlı çıxışları ilə tamaşaçıların zövqünü oxşayıblar. Sonra “Türkmən igidləri” süvari akrobat qrupu nümunəvi çıxışlarını təqdim edib.
Tədbirin maraqla qarşılanan hissəsi Türkmənistanın məşhur süvari akrobat qrupu “Qalkınış”ın çıxışı olub. Axaltəkə atları ilə məharətlərini nümayiş etdirən qrup üzvləri tamaşaçıların hərarətli alqışları ilə proqramlarını tamamlayıblar.

Proqramın digər nömrələri də jurnalistlərin marağına səbəb olub.

“Qalkınış” qrupu qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının açılış mərasimində və “Aşqabad-2017”nin məşəlinin alovlandırılmasında iştirak edib.

AZƏRTAC

Xəbər 497 dəfə oxundu.