Binəqədi rayonunda “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon çempionatı keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “İctimai-siyasi, təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi haqqında” 2017-ci il 2 iyun tarixli 130 №-li Sərəncamının icrasına uyğun olaraq vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Binəqədi rayonunun sakinləri arasında start verilmiş “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon birinciliyinə yekun vurulub.

Sentyabrın 18-də Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında baş tutan final yarışında rayonun qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə keçirilmiş yarışların qalibləri iştirak ediblər.

Yarışın nəticəsinə görə “Nərd” idman növü üzrə Rasim Quliyev birinci, Asif Şirinov ikinci, Aslan İsgəndərov üçüncü yerə; “Şahmat” idman növü üzrə Orxan Qurbanov, Sabit Hacıyev, Zaur Ağakişiyev müvafiq olaraq birinci, ikinci, üçüncü yerə sahib olublar. “Dama” idman növü üzrə Şaiq Rzayev birinci, Anar Kərimov ikinci, Zakir Zülalıyev üçüncü yerə layiq görülüblər.

Sonda qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Mükafatlandırma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Binəqədi rayonu 3 №-li Uşaq Gənclər Şahmat İdman məktəbinin müəllimi Xalidə Həsənova, idarənin əməkdaşları iştirak ediblər.


Xəbər 586 dəfə oxundu.