Azərbaycanın qadın voleybolçuları İtaliya yığması ilə yoldaşlıq görüşü keçirib
Milli Gimnastika Arenasında Azərbaycanın və İtaliyanın qadın voleybolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Oyun 3:1 hesabı ilə İtaliya komandasının qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycanın Gürcüstanla birgə təşkil etdiyi voleybol üzrə Avropa Çempionatı sentyabrın 22-də start götürəcək. Turnir 10 gün davam edəcək. Turnirin qalibi oktyabrın 1-i məlum olacaq.

Xəbər 514 dəfə oxundu.