Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində növbəti oyunlar keçiriləcək.

Turun ikinci günündə “E”, “F”, “G” və “H” qrupunda yer alan komandalar qarşılaşacaqlar.

İlk turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

“E” qrupunda İngiltərə təmsilçisi “Liverpul” doğma meydanda İspaniyanın “Sevilya”, Sloveniyanın “Maribor” klubu isə “Spartak”ı (Rusiya) qəbul edəcək.

“F” qrupunda isə “Feyenoord” (Hollandiya) -“Mançester Siti” (İngiltərə) və “Şaxtyor” (Ukrayna) – Napoli (İtaliya) oyunları keçiriləcək.

“Beşiktaş” klubunun yer aldığı “G” qrupunda isə Türkiyə təmsilçisi Portuqaliyanın “Portu” klubunun, “Monako” (Fransa) isə Almaniyanın “Leyptsiq” komandasının qonağı olacaq.

“H” qrupunda isə “Tottenhem” (İngiltərə) klubu “Borussiya” (Dortmund, Almaniya), İspaniyanın “Real Madrid komandası isə APOEL (Kipr) qəbul edəcək.

Xəbər 595 dəfə oxundu.