Azərbaycan şahmatçıları Avropa çempionatındakı uğurlu çıxışlarını davam etdirirlər
Rumıniyanın Mamaya şəhərində yeniyetmələrin və gənclərin şahmat üzrə Avropa çempionatında 7-ci turun oyunları keçirilib.

On iki yaşlı oğlanların turnirində Aydın Süleymanlı Rusiya nümayəndəsi Vladimir Murzinə qalib gələrək 7 görüşdən 6 xal yarım toplayaraq turnir cədvəlinə başçılıq edir. Eyni yaş qrupunda yarışan qızların mübarizəsində Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva gürcüstanlı Diana Lomayaya qalib gələrək liderliyi ələ ala bilib.

On dörd yaşlı qızların turnirində Gövhər Beydullayeva ukraynalı Mariya Berdniki məğlub edərək liderliyini daha da möhkəmləndirib.

Xəbər 552 dəfə oxundu.