Bu gün saat 22:45-də Londonda - Azərbaycan Çempionlar Liqasında debüt edir
Bu gün – sentyabrın 12-də Avropada yeni beynəlmiləl qitə klub futbolu mövsümü başlanır. Müxtəlif ölkələrin bir-biri ilə mübarizə aparacaq klubları arasında ilk dəfə Azərbaycan təmsilçisi Çempionlar liqasında – dünyanın ən mötəbər, ən baxımlı klub futbolu turnirində qüvvəsini sınayacaq. Beləliklə, UEFA-nın 55 üzvündən bu yarışda qüvvəsini sınayacaq 33-cü üzvünün də də adı tarixə düşmüş oldu.

«Stəmford Bric»də meydana çıxacaq Azərbaycanın son illərdə əvəzsiz çempionu «Qarabağ»ın debütünün, ümumiyyətlə, Azərbaycan futbolunun bu ilkinin qanun keçşikçiləri yunanıstanlı hakimlər briqadası olacaq.

«Qarabağ»ın ilk rəqibi olan «Çelsi» böyük tarixi olsa da, nə ölkəsində, nə də qitə arenasında böyük nüfuz sahibi olmayıb. Onun rusiyalı maqnat Roman Abramoviçlə başlayan yeni yüksəliş dövrü ümumiyyətlə, tarixinin ən parlaq səhifələridir. Komanda İngiltərədə 6 çempionluğunun 5-ni 2004-05-ci illər mövsümündən sonra qazanıb (sifətni isə 1955-ci ildə edib). Yeni tarixinə qədər Avropada isə iki dəfə Kuboklar Kubokunun (1971 və 1998), bir dəfə superkubokun (1998) qalibi olmuşdu. 2012-ci ildə bu titullara Çempionlar və bir il sonra Avropa Liqası kubokları da əlavə olunub.

Yeni mövsümə İngiltərə çempionu kimi başlayan «Çelsi», maraqlıdır ki, Avropa arenasında doğma divarlar arasında 7 oyunluq məğlubiyyətsizlik seriyasını (5 qələbə, 2 heç-heçə) sonuncu dəfə elə bu yarışda «Pari Sen Jermen»ə məğlubiyyətlə (2016-cı il, 1:2) dayandırmışdı. Beləliklə, «Çelsi» «Qarabağ»la matça yeni seriyanı başlamaq üçün çıxacaq. Çünki komanda Çe mpionlar Liqasında iştirak etdiyi son 3 qrup turnirini qələbə ilə başa vurub (cəmi 11 dəfə qrup qalibi olub). amma onun bir antirekordu da var. 2012-13-cü illər mövsümündə tarixdə ilk dəfə Çempionlar Liqasının qalibi (2012) sonrakı mövsüm qrupda qalmışdı (3-cü yerlə Avropa Liqasına düşmüşdü). Bu da məhz «Çelsi» idi.

Bunlar, sadəcə statistikadır. Əsl yarış isə meydanda 22 futbolçu və 6 hakimin iştirakı ilə olur. Keçən mövsüm Avropadan kənar qalmış «Çelsi» yeni mövsümə, təbii ki, ümidlə başlayacaq və «Qarabağ» onun yeni ümidinə nə qədər təsir edib-edə bilməyəcəyini isə bir neçə saatdan sonra biləcəyik.

Bir sözləə, bu gün Azərbaycan Çempionlar Liqasında debüt edir. Yeni futbollu tariximizə ilk sətirləri «Qarabağ» Londonda yazacaq. «Nəyi yazacaq, necə yazacaq və niyə yazacaq» kimi sualların cavabı barədə isə gələn dəfə söz açacağıq.

BATI YAR

«C» qrupu. 1-ci tur
“Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan)

12 sentyabr. London. «Stəmford Bric» stadionu.
Hakimlər: Tasos Sidiropulos - Polixronis Kostaras və Lazaros Dimitriadis - Damianos Effimiadis - Xaralambos Kalogeropulos və Aleksandros Aretopulos (Yunanıstan).

Qrupun digər oyunu: “Roma” (İtaliya) – “Atletiko”Madrid (İspaniya).

Xəbər 634 dəfə oxundu.