Stolüstü tennis üzrə Azərbaycan yığması Avropa çempionatında mübarizə aparacaq
Sentyabrın 13-17-də Lüksemburqda stolüstü tennis üzrə Avropa çempionatı keçiriləcək.

Çempionat ərəfəsində ümumi konqres və Avropa Stolüstü Tennis İttifaqının 60 illik ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

Azərbaycanı çempionatda bir qadın və bir kişi komandası təmsil edəcək. Həmçinin federasiya rəsmilərinin konqresdə və yubiley tədbirində iştirakı nəzərdə tutulub.

Xəbər 1259 dəfə oxundu.