Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə start veriləcək
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəyə başlayacaq.

Səkkiz qrupda çıxış edəcək iştirakçılar iki gün ərzində ilk turun qarşılaşmalarında üz-üzə gələcəklər. Bu gün “A”, “B”, “C” və “D” qruplarında, sabah isə digər qruplarda görüşlər keçiriləcək.

İlk turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

“A” qrupunda Portuqaliya təmsilçisi “Benfika” doğma meydanda Rusiyanın MOİK, İngiltərənin “Mançester Yunayted” klubu isə “Bazel”i (İsveçrə) qəbul edəcək.

“B” qrupunda isə “Bavariya” (Almaniya)-“Anderlext” (Belçika) və “Seltik” (Şotlandiya)–PSJ (Fransa) oyunu keçiriləcək.

“Qarabağ” klubunun yer aldığı “C” qrupunda isə Ağdam təmsilçisi İngiltərənin “Çelsi” klubunun, “Atletiko” (İspaniya) isə İtaliyanın “Roma” komandasının qonağı olacaq.

“D” qrupunda isə İspaniyanın “Barselona” klubu “Yuventus”u (İtaliya), Yunanıstanın “Olimpiakos” komandası isə “Sportinq”i (Portuqaliya) qəbul edəcək.

Xəbər 564 dəfə oxundu.