“Aşqabad-2017” rəqəmlərdə
Sentyabrın 16-da Qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarına start veriləcək. Elə ilk gündə ənənəvi güləş və ciu-citsu üzrə medalların ilk dəsti oynanılacaq, sentyabrın 17-də isə Oyunların açılış mərasimi keçiriləcək.

Dünyanın əhalinin ən sıx yaşadığı qitəsində belə irimiqyaslı idman tədbirinin - “Aşqabad-2017” Oyunlarının keçirilməsi ilə bağlı faktlar və rəqəmlər, habelə Asiya və Okeaniya ölkələrindən olan idmançıların yerləşdirilməsi məqsədi ilə görülən hazırlıq işləri hamını təəccübləndirməyi vəd edir.

“Aşqabad-2017” Oyunları ilə bağlı ən maraqlı faktları diqqətinizə çatdırırıq:

Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 nümayəndə heyəti, habelə Qapalı məkanlarda döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası;

“Aşqabad-2017” Oyunlarına qatılan komandaları təmsil edən 6 min idmançı və nümayəndə;

Oyunlar zamanı İdmançılar kəndində 140 min kiloqramlıq yemək hazırlanacaq;

“Aşqabad-2017” Oyunlarının proqramına qurşaqtutmadan başlamış velosiped idmanınadək 21 idman növü, o cümlədən dörd Olimpiya idman növü daxil edilib;

Yarışların keçiriləcəyi 12 gün ərzində 347 mükafatlandırma mərasimi olacaq, mükafatlı yerlər tutmuş idmançılara 1844 medal təqdim ediləcək;

Oyunlar 1,5 kvadratkilometr ərazini əhatə edən Aşqabad Olimpiya Şəhərciyində yerləşən 15 obyektdə, o cümlədən müasir standartlara cavab verən 13 yeni ultramüasir və əsaslı şəkildə yenidən qurulmuş 2 qurğuda keçiriləcək;

45 min yerlik əzəmətli Aşqabad Olimpiya Stadionu;

“Aşqabad-2017” Oyunlarının proqramına daxil edilmiş 220 yarış sessiyası üçün 700 min bilet;

Oyunların açılış və bağlanış mərasimlərinə 7 min iştirakçı və təşkilatçı cəlb olunub;

“İlk ulduzlar” proqramının 8 min könüllüsü və 20 mindən çox əməkdaş Qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarında çiyin-çiyinə çalışacaq.

Bütün bu rəqəmlər dünya əhəmiyyətli bu idman hadisəsinin miqyasından xəbər verir. “Aşqabad-2017” Oyunlarının startına beş gün qalır və bütün dünya intizarla həmin Oyunları gözləyir.

Xəbər 606 dəfə oxundu.