Ağır atletika üzrə millimiz Moldovaya təlim-məşq toplanışına yollanıb
Ağır atletika üzrə qadınlardan ibarət yığma komandamız Moldovaya təlim-məşq toplanışına yollanıb.

Atletlərimiz Natalya Prişepa və onun köməkçisi Təranə Abbasovanın rəhbərliyi altında hazırlıq keçəcək, qarşıdakı beynəlxalq yarışlara optimal formada çıxmağa çalışacaqlar.

Yığmamız Kişineu şəhərinin yaxınlığındakı İvança qəsəbəsində inşa edilən AAAF Park İdman və Yaşayış Kompleksindəki təlim-məşq bazasında məskunlaşacaq.

Toplanış oktyabrın 1-dək davam edəcək.

Xəbər 1075 dəfə oxundu.