Bakıda polo üzrə dünya kuboku yarışları davam edir
Sentyabrın 10-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və “World Polo” MMC-nin təşkilatçılığı ilə Bakıda FİP arenada keçirilən arena polo üzrə dünya kuboku yarışlarında üçüncü yer uğrunda mübarizəyə start verilib.

Yarışdan əvvəl Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin çıxışı olub. Daha sonra yarış iştirakçıları Azərbaycanın milli rəqslərini izləyiblər.

Bədii hissədən sonra “Grand Champions Polo Club” komandası ilə "Monte-Carlo Polo” klubunun üçüncü yer uğrunda mübarizəsi başlayıb. Görüş ABŞ-ın “Grand Champions Polo Club” kollektivinin 6.5:3 xal hesablı qələbəsi ilə başa çatıb. Nəticədə ABŞ klubu dünya kubokunda üçüncü yeri tutub.

Qeyd edək ki, dünya kubokunun finalında Azərbaycan təmsilçisi “Elite Horse & Polo Club” komandası ilə İsveçrənin “Evviva Polo Klub St.Moritz” klubu qarşılaşacaq.

Xəbər 1358 dəfə oxundu.