Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” klubu Londona yola düşüb
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Çelsi”nin qonağı olacaq Ağdamın “Qarabağ” klubu bu gün Londona yola düşüb.

“Çelsi” - “Qarabağ” matçı sentyabrın 12-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

UEFA Gənclər Liqasında mübarizə aparacaq “Qarabağ”ın U-19 komandası da əsas heyətlə birlikdə səfərə yollanıb. Gənclərin qarşılaşması isə Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.

Xəbər 715 dəfə oxundu.