Bu gün futbol üzrə Topaz Premyer Liqasında növbəti oyun keçiriləcək
Bu gün futbol üzrə Topaz Premyer Liqasında IV tur çərçivəsində növbəti oyun keçiriləcək.

Turun son oyun günündə bir matç olacaq.

Üç oyundan sonra turnir cədvəlində beşinci yerdə qərarlaşan “Sumqayıt” klubu “Kapital Bank Arena”da yeddinci pillədəki paytaxt təmsilçisi “Neftçi” ilə görüşəcək. Saat 19:00-da başlayacaq qarşılaşmanı Rəhim Həsənov idarə edəcək.

Bu kollektivlər arasında keçirilən son üç matçda qonaq tərəf qola və xala həsrət qalıb. “Sumqayıt” son üç ev oyununda qələbə qazanıb.

Ümumiyyətlə, “Sumqayıt” komandası paytaxt təmsilçisinə qarşı keçirdiyi 20 qarşılaşmadan yeddi qələbə, iki heç-heçə və 11 məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, üç turdan sonra hesabında on xal olan “Zirə” klubu Azərbaycan çempionatının vahid lideridir. Ağdamın “Qarabağ” komandası doqquz xalla turnir cədvəlində ikinci, “Qəbələ” yeddi xalla üçüncü pillədədir.

Xəbər 1163 dəfə oxundu.