Mingəçevirin “Nur” həndbol komandası növbəti yoxlama görüşündən də qalib ayrılıb | |
Sentyabrın 9-da qadın həndbolçulardan ibarət “Nur” və “Qarabağ” klubları növbəti yoldaşlıq oyununda qüvvələrini sınayıblar. Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən ikinci yoxlama görüşündə də “Nur” komandası qalib gəlib. Belə ki, Mingəçevir təmsilçisi rəqibini 24:22 hesabı ilə məğlub edib. İlk yoxlama oyunu da “Nur”un 33:26 hesablı qələbəsi ilə başa çatmışdı. |
|
Xəbər 1301 dəfə oxundu. |
|
|