Futzal üzrə Azərbaycan millisi reytinq cədvəlindəki mövqeyini qoruyub
Futzal üzrə milli komandaların növbəti beynəlxalq reytinq cədvəli açıqlanıb.

Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Hesabında 1445 xal olan milli komandamız reytinq cədvəlində 10-cu pillədə qərarlaşıb.

Reytinq cədvəlinə 1929 xalla Braziliya millisi başçılıq edir. 1872 xalla İspaniya ikinci, 1765 xalla isə Rusiya yığması üçüncü pillədə yer alıb.

Xəbər 585 dəfə oxundu.