İlham Zəkiyev yenə güclü oldu
Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunun qalibləri müəyyənləşib. Paralimpiya Komitəsindən idman.com.az saytına verilən məlumata görə, yarışlarında iştirak edən Azərbaycan milli komandasının 4 üzvündən 3-ü vətənə medalla qayıdıb.

Belə ki, bütün rəqiblərinə qalib gələn yığmamızın kapitanı, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) Dünya Kubokunu çempion kimi başa vurub. Yalnız finalda uduzan Zakir Mislimov (90 kq) gümüş medala sahib olub. Millimizin digər üzvü - Ramin İbrahimov (60 kq) isə üçüncü yerlə kifayətlənib.

Xəbər 2455 dəfə oxundu.