“Qarabağ” futbol klubunun prezidenti komandanın düşərgəsində olub
Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda qarşılaşacağı “Çelsi” (İngiltərə) ilə matçın hazırlığını davam etdirir.

Ağdam klubunun prezidenti Abdolbari Gözəl komandanın düşərgəsində olub. Futbolçularla görüşən klub prezidenti onlarla söhbət edib.

Daha sonra klub rəsmisi Çempionlar Liqasında qazanılan uğurun əhəmiyyətindən danışıb və futbolçulara təşəkkürünü bildirib. Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusi ilə də məcburi köçkünlərimizin qəlbinə sevinc nəsib etdiyini vurğulayıb.

Xəbər 579 dəfə oxundu.