Qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarının məşəli alovlandırılıb
Türkmənistanın Marı vilayətində, “Qalkınış” adlanan supernəhəng qaz yatağında Qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarının məşəli alovlandırılıb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov paytaxt Aşqabaddan telekörpü vasitəsilə mərasim iştirakçılarına xeyir-dua verib.

Bayram tədbirinin keçirildiyi yatağın ərazisində ənənəvi türkmən çadırları qurulub. Mərkəzdə yerləşən çadırda türkmən adətlərinə uyğun olaraq ocaq yaradılıb.

Gənc oğlan yayı üzüyuxarı çəkib, günəşin şüalarından “alovlanan” oxu buraxır. Ox çadırın baş ucundakı deşikdən ocağa düşərək onu yandırır. Oyunların məşəli də elə bu ocaqdan alışdırılır. Məşəl atlılar marafonunun müşayiəti ilə Aşqabada, Olimpiya stadionunda Asiadanın açılış mərasiminə aparılacaq.

Türkmənlərdə ailə ocağının odu müqəddəs sayılır. Rəmzi haldır ki, Asiya Oyunlarının məşəli qədim Marquş torpağında yandırılıb. Minilliklər əvvəl dünya sivilizasiyasının mərkəzlərindən biri məhz burada yaranıb. İndi isə bu məkanda supernəhəng “Qalkınış” qaz yatağı yerləşir.

Mürəkkəb “supernəhəng” sözü indiki halda sadəcə epitet deyildir, təsnifat əlamətidir. Hazırda planetimizdə tək-tük belə yataq var və quruda onların ən böyüyü “Qalkınış” yatağıdır.

V Asiya Oyunlarının məşəlini aparan dəstə artıq yola düşüb.

Xəbər 598 dəfə oxundu.