“Nur” və “Qarabağ” həndbol komandaları yoldaşlıq oyununda üz-üzə gələcəklər
Qadın həndbolçulardan ibarət “Nur” və “Qarabağ” klubları yoldaşlıq oyunlarında qüvvələrini sınayacaqlar.

Həmin məqsədlə “Qarabağ” klubu sentyabrın 8-də Mingəçevirə yola düşəcək. Sentyabrın 8-də və 9-da “Kür” Olimpiya Tədris-İdman Mərkəzində komandalar arasında iki yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

Yoldaşlıq oyunu “Nur” komandasının Avropa Həndbol Federasiyası (EHF) kuboku matçlarına hazırlıq məqsədi daşıyır.

Xəbər 726 dəfə oxundu.