“Çelsi” azarkeşlərin Azərbaycana səfər xərcini ödəyəcək
Londonun “Çelsi” futbol klubunun rəsmi saytında verilən məlumata görə, bu klub ingiltərəli azarkeşlərin təyyarə ilə Azərbaycana gəlib-qayıtma xərcinin ödənilməsi üçün vəsait ayıracaq.

“Çelsi” Çempionlar Liqasında “Qarabağ” komandasına qarşı matçda bu klubu dəstəkləmək məqsədilə Bakıya gəlmək arzusunda olan hər azarkeş üçün üç yüz əlli doqquz funt sterlinq ayıracaq.

Bu məbləğə Londondan Bakıya və geriyə uçuş haqqı, həmçinin Azərbaycan paytaxtındakı dörd ulduzlu oteldə bir sutka qalmaq xərci daxildir.

Xatırladaq ki, həmin matç noyabrın 22-də keçiriləcək.

Xəbər 554 dəfə oxundu.