Azərbaycanın U-21 komandasının baş məşqçisinin müqaviləsinə xitam verilib | |
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsində İsrail və İrlandiya yığmaları ilə keçirilmiş oyunlar ilə bağlı sentyabrın 6-da AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hesabat dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadənin Azərbaycan U-21 yığmasının baş məşqçisi kimi müqaviləsinə xitam verilib. |
|
Xəbər 546 dəfə oxundu. |
|
|