Azərbaycanın iki güləşçisi dünya çempionatının qızıl medalı uğrunda yarışacaq
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 69, 76 və 85 kiloqram çəki dərəcələrində pəhləvanlar mübarizə aparıblar.

Mundialda 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Qurban Qurbanov İtaliya və Namibiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda Rusiya idmançısına da qalib gəlib və çempionatın finalına vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olacaq.

Nihad Məmmədli (46 kq) də Qırğızıstan, Türkiyə və Rusiyadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Final görüşündə onun da rəqibi Ukrayna təmsilçisidir.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.

Xəbər 538 dəfə oxundu.