Fernando Alonso “Real Madrid”in fəxri üzvü oldu
“Maklaren” komandasının pilotu Fernando Alonso İspaniyanın “Real Madrid” klubunun fəxri üzvü oldu.

Santyaqo Bernabeu stadionunda klubun prezidenti Florentino Peres ispan yürüşçüyə fəxri üzvlük vəsiqəsini, pilotun adının və “1” rəqəminin yazıldığı futbol köynəyini təqdim edib.

Fernando Alonso “Real Madrid” klubuna və onun prezidentinə təşəkkür edərək bu günün onun üçün əlamətdar olduğunu vurğulayıb. Qeyd edib ki, “Real” həm ona, həm də klubun milyonlarla azarkeşinə əzizdir. Bu klubun üzvü olmaq onda böyük qürur və sevinc hissi doğurur.

Xəbər 539 dəfə oxundu.