Kişi voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində irəliləyib
Avropa Voleybol Konfederasiyası (CEV) kişilərdən ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Siyahı Azərbaycan yığması üçün uğurlu olub. Baş məşqçi Fərid Cəlalovun yetirmələri 4 pillə irəliləməklə 33-cü yerə yüksəliblər. Buna onların Avropa çempionatının birinci təsnifat mərhələsində və Avropa Liqasındakı çıxışı səbəb olub. İki yarışdan 44 xal əldə edən komandamız reytinq xalını 90-a çatdırıb.

Qeyd edək ki, reytinq cədvəlinə Rusiya millisi başçılıq edir. Fransa ikinci, Serbiya isə üçüncü pillədə qərarlaşıb.

Xəbər 691 dəfə oxundu.