Universal döyüşçülərimiz Avropa çempionatında uğurla çıxış ediblər
Ukraynanın Koblevo şəhərində universal döyüş üzrə Avropa çempionatı keçirilib. Yarışda ölkəmizi Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov və yığma komandanın məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında 17 idmançı təmsil edib.

28 ölkənin iştirakı ilə keçirilən yarışda komandamızın üzvləri böyüklər arasında 4 qızıl, 3 gümüş, 3 bürünc, gənclər arasında 3 qızıl, 1 gümüş, 1 bürünc, yeniyetmələr arasında 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar.

Böyüklər arasında qızıl medalları komandamızın aktivinə Nicat Əliyev (75 kq, layt və klassik versiyalarda), Səlim Salmanov (90 kq, layt versiya) və Tahir Məsimov (95 kq, layt versiya) yazdırıblar.

Xəbər 623 dəfə oxundu.