“Zirə” klubu Sadio Tounkara ilə ikiillik müqavilə imzalayıb
Azərbaycan Premyer Liqasının yeni mövsümünə uğurlu başlayan “Zirə” daha bir futbolçu ilə heyətini gücləndirib.

Sadio Tounkara bu gündən “qartallar”ın düşərgəsinə qoşulub. İyirmi beş yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanıb.

Sadio Tounkara azərbaycanlı futbolsevərlərə tanış simadır. Belə ki, malili yarımmüdafiəçi daha öncə ölkəmizdə “Xəzər-Lənkəran” və AZAL klublarının şərəfini qoruyub. Tounkara Azərbaycan və Mali ilə yanaşı, Kipr çempionatında da çıxış edib.

Xəbər 561 dəfə oxundu.