Bu gün Azərbaycanın U-21 millisi səfərdə İsrail yığması ilə qarşılaşacaq
Avqustun 31-də Azərbaycanın U-21 millisi futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.

Millimiz İsrailin Akko şəhərindəki “Municipal” stadionunda bu ölkənin yığma komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 20:30-da başlayacaq oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.

Xəbər 620 dəfə oxundu.