Bürünc medalı rus qızları qazandılar

Martın 25-də qadın voleybol komandaları arasında Çempionları Liqası yarışlarının bürünc mükafatı uğrunda oyun keçirilib.

Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Komleksində İtaliyanın “Villa Korteze” və Rusiyanın “Dinamo” (Kazan) komandaları qarşılaşıblar.

İlk iki setdə 25:13, 25:27 hesabı ilə rəqibinə qalib gələn “Dinamo” üçüncü hissədə 24:26 hesabı ilə məğlub olub. Buna baxmayaraq, inamlı oyun nümayiş etdirən Rusiya voleybolçuları dördüncü seti (25:23) öz xeyirlərinə başa vurub və Çempionlar Liqası yarışlarının bürünc medalına sahib olublar.

Turnirin final mərhələsində Türkiyənin “Fənərbaxça” komandası Fransanın “Kann” kollektivi ilə qarşılaşacaq.

Xəbər 1159 dəfə oxundu.