Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya çempionatına qələbə ilə başlayıb YENİLƏNİB
Azərbaycan cüdoçusu Hidayət Heydərov mərakeşli Ahmed əl-Meziatinə qalib gələrək dünya çempionatında 1/16 final mərhələsinə adlayıb.

Azərbaycan cüdoçusu Rüstəm Orucov ilk görüşünü qələbə ilə başa vurub. Kosovalı Akil Qyakovdan üstün olan cüdoçumuz 1/16 finala yüksəlib.

Azərbaycan cüdoçusu İçinxorlo Munxtsedev ispaniyalı Xayone Ekuisoayna uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq.

Mundialın üçüncü günündə kişi və qadın cüdoçularımız hər biri mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

Kişi cüdoçuların yarışında ölkəmizi Avropa çempionları Hidayət Heydərov və Rüstəm Orucov təmsil edəcəklər. Qadınlar mübarizəsində isə Səkinə Zayirova və İçinxorlo Munxtsedev tatami üzərinə çıxacaqlar.

Artıq cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Belə ki, Hidayət Heydərov mərakeşli Ahmed əl-Meziati, Rüstəm Orucov Akil Qyakova (Kosova)-Xavyer Ramires (İspaniya) cütünün qalibi, Səkinə Zayirova Viktoriya Mayorosova (Slovakiya), İçinxorlo Munxtsedev ispaniyalı Xayone Ekuisoayn ilə üz-üzə gələcəklər.

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları saat 18:00-da başlayacaq.

Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) gümüş medal qazanıb.

Xəbər 905 dəfə oxundu.