Azərbaycan boksçusu qələbə qazanaraq dünya çempionatının yarımfinalına yüksəlib
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatı davam edir. Mundialda Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı avqustun 29-da yenidən rinqə çıxıb.

75 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı dörddəbir final mərhələsində Kolumbiya idmançısı Xorxe Vivas Palasios ilə qüvvəsini sınayıb. Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə yekunlaşıb. Boksçumuz rəqibini 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. O, yarımfinalda qazaxıstanlı idmançı ilə qüvvəsini sınayacaq.

Hamburq İdman Sarayında təşkil olunan yarışda 75 ölkədən 243 idmançı iştirak edir.

Yarışın qalibləri çempionatın sonuncu günündə - sentyabrın 2-də məlum olacaq.

Xəbər 936 dəfə oxundu.