Boksçularımız İdrisovu yad edirlər

Azərbaycanın yeniyetmə və gənc boksçuları Dağıstanın İzberbaş şəhərində SSRİ İdman Ustası Abdulla İdrisovun yubileyi münasibətilə keçirilən açıq yarışda mübarizə aparırlar. Ölkəmizi bu turnirdə Uşaq Gənclər İdman Məktəbinin nümayəndələri təmsil edirlər. Yeniyetmələrin yarışında Fərid Əliyev (46 kq), Dilsuz İbrahimli (57 kq), və Emin Rəsulzadə (70 kq) gücünü sınayır. Gənclərin turnirində isə 4 boksçumuz iştirak edir. Bunlar Şahin İsmayılov (60 kq), Rasim Süleymanov (60 kq), Elvin Əhmədli (64 kq) və Orxan Zeynallıdır (64 kq). Martın 27-də başa çatacaq yarışın baş hakimi həmyerlimiz Nazim Mirhüseynovdur.

Xəbər 1154 dəfə oxundu.