Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib
Avqustun 25-də Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilib.

Konqresdə dünya cüdo təşkilatına üzv olan bütün milli federasiyaların rəhbərləri, tanınmış idman xadimləri iştirak ediblər.

Əvvəlcə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək son vaxtlar görülən işlərin, keçirilən mühüm tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Sonra Beynəlxalq Cüdo Federasiyasının baş katibi Jan Roje qurumun son dörd illik fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

Marius Vizer prezident vəzifəsinə yeganə namizəd olduğundan səsvermə açıq qaydayda keçirilib. Səsvermə nəticəsində o, yekdilliklə növbəti dörd il müddətinə Beynəlxalq Cüdo Federasiyasının prezidenti seçilib.

Daha sonra İcraiyyə Komitəsinin yeni tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirilib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü seçilib.

Konqres işini davam etdirir.

Xəbər 1150 dəfə oxundu.