Budoçularımız Avropa çempionatında iştirak edəcəklər

Aprelin 20-dən 23-dək Bolqarıstanın paytaxtı Sofiyada budo üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Budo Döyüş Növləri Federasiyasından (ABDNF) AzərTAc-a bildiriblər ki, budonun full-kontakt döyüş sistemi üzrə keçiriləcək çempionatda ölkəmizi 15 idmançı təmsil edəcək.

Yarışda millimiz ABDNF-in prezidenti Faiq Rəfiyevin rəhbərliyi altında mübarizə aparacaq.

Xəbər 2846 dəfə oxundu.