“Tottenhem” klubu futbolçusu Kayl Uoker-Piterslə müqaviləni artırıb
İngiltərənin “Tottenhem” klubu futbolçusu Kayl Uoker-Piterslə müqaviləni artırıb.

İngiltərəli müdafiəçinin yeni müqavilə müddəti 2020-ci ilin yayına qədərdir.

Qeyd edək ki, London klubunun yetirməsi olan 20 yaşlı futbolçu 2014-cü ildən əsas komandada çıxış edir. O, ötən mövsüm İngiltərə Premyer Liqasında bütün oyunlarda iştirak edib.

Xəbər 693 dəfə oxundu.