Azərbaycan şahmatçısı Faiq Ələsgərov beynəlxalq turnirdə iştirak edir
Avqustun 25-də Yunanıstanda, Plaka-Apokoronada şahmat üzrə beynəlxalq open turnir başlanır. Azərbaycanı bu turnirdə Faiq Ələsgərov təmsil edəcək.

Turnirə 13 ölkədən 121 şahmatçı, o cümlədən 10 qrossmeyster, 6 beynəlxalq dərəcəli usta və 5 FIDE ustası qatılıb. İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarətdir.

Qeyd edək ki, Faiq Ələsgərov (2315) reytinq cədvəlində 16-cı yerdədir.5



Xəbər 605 dəfə oxundu.