Bakıda pençak-silat idmanı üzrə beynəlxalq yarış keçirilir
Avqustun 23-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Sərhəd Qoşunlarının yaradılmasının 98-ci ildönümünə həsr olunmuş pençak-silat idman növü üzrə dünya çempionatının təsnifat mərhələsinə start verilib.

Beynəlxalq yarışda 14 ölkədən - Azərbaycan, Türkiyə, İran, İraq, Pakistan, Hindistan, Nepal, Banqladeş, Nigeriya, Kamerun, Ukrayna, İndoneziya, Gürcüstan və Özbəkistandan ümumilikdə 220 idmançı qalib adı uğrunda mübarizə aparır.

Qadınlar və kişilər arasında keçirilən çempionatda kiçiklər 8-18 yaşadək, böyüklər isə 18-dən yuxarı yaş kateqoriyalarında yarışırlar.

Turnir Azərbaycan Sindo-Ryu və Pençak-Silat Federasiyasının təşkilatçılığı ilə keçirilir.

Çempionat avqustun 25-dək davam edəcək.

Qeyd edək ki, dünya çempionatı 2019-cu ildə İndoneziyanın paytaxtı Cakartada keçiriləcək.

Xəbər 769 dəfə oxundu.